24 C
Baku
Thursday, July 25, 2024

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% artıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstana 5 895 914 nəfər əcnəbi ziyarətçi səfər edib.

Mənbənin yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə səfər edən əcnəbilərin sayında 12,2% artım qeydə alınıb. Təkcə avqust ayında isə Gürcüstana 1 294 926 beynəlxalq ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 9,8% çoxdur.

Cari ilin ilk 8 ayında qonşu ölkəyə ən çox Azərbaycan (+11%), Rusiya (+22%), Ermənistan (+0,3%) və Türkiyədən (+21,1) səfər edənlər olub.

Avqust ayında isə Gürcüstana səfər etmiş turistlər arasında Rusiya (+15,8%), Azərbaycan (+13,3%), Ermənistan (-5,7%) və Türkiyə (+24,4) vətəndaşları çoxluq təşkil edib.

G. Çoqovadze həmçinin bildirib ki, Gürcüstan 2018-ci ilin birinci yarısında xarici turizmdən 1,361 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib: “Bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28,9% və yaxud 305 mln. dollar çoxdur”.

Qeyd edək ki, Gürcüstana bu ilin sonuna qədər 8,5 mln. əcnəbi ziyarətçinin səfər edəcəyi gözlənilir. Ölkənin xarici turizmdən əldə edəcəyi gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnozlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər