16 C
Baku
Friday, April 19, 2024

Azərbaycandan İtaliya və İsveçrəyə quru tütün ixrac olunur

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsində mövsümün əvvəlindən indiyədək 486.5 ton quru tütün istehsal edilib. İtaliya və İsveçrə şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, artıq bu ölkələrin bazarlarına quru tütün ixracına başlanılıb.

Bu barədə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.

Bildirilib ki, şirkət tərəfindən bu il tütün istehsalı ilə əlaqədar Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 47 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkilən sahələr 238.5 hektar təşkil edib. Eyni zamanda, cari mövsümdə fermerlər fərdi müqavilələr üzrə MMC tərəfindən verilmiş toxumla təsərrüfatlarında 151 hektar sahədə tütün əkiblər. Şirkətlə müqaviləsi olan tütünçülük təsərrüfatlarında yaşıl tütün yarpağının dərimi artıq başa çatıb. Mövsüm ərzində MMC-nin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsinə istehsalçılardan 3 min 320.8 ton yaşıl tütün kütləsi daxil olub. Hazırda məntəqədəki tütünqurutma kameralarında yaş tütünün qurudulması prosesi davam etdiyindən quru tütün istehsalının daha da artacağı gözlənilir.

Fermerlərdən Təranə Quliyeva builki mövsümdə qəbul məntəqəsinə 411.8 ton, Rahib Əliyev 213.6 ton, Mehman Əhmədov 179.1 ton, Akif Kələşov 176.3 ton, Məmmədiyə Muradov 158.5 ton, Mustafa Qallayev 149.1 ton, Fazil Dursunov 148.2 ton yaşıl tütün təhvil veriblər.

Məntəqədən verilən məlumata görə, 2022-ci ildə müəssisədə 311 ton quru tütün istehsal olunub. Məhsul əsasən Rusiya bazarlarına ixrac olunub.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər