Azərbaycandan İtaliyaya hava reysləri təxirə salınıb – Rəsmi

Azərbaycan ərazisindən İtaliyaya hava reysləri müvəqqəti dayandırılıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat daxil olub.

Bildirilib ki, tələbatın aşağı olması səbəbindən “Azərbaycan Hava Yolları” hər ilin fevral ayında Bakı-Milan-Bakı istiqaməti də daxil olmaqla, bir sıra beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirmir: “Uçuşlarda fasilə, həmçinin aviaşirkətə hava gəmiləri donanmasının əsaslı təmirini həyata keçirməyə imkan verir.

Bu il Milana uçuşlar martın 17-dən bərpa olunacaq. Reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı olmaq ilə yerinə yetiriləcək”.

©BAKU.WS


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları