28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycandan ixrac olunan bu məhsul ölkəyə bu il 2 milyon gəlir qazandırıb

Bu il Azərbaycandan yanvar-oktyabr ayları ərzində dəyəri 2 939,88 min dollar olan kakao və ondan hazırlanan məhsullar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu məhsulun ixracında 23.2% azalma müşahidə olunub.

2020-ci  ilin 10 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.

Həmçinin cari ildə  bu məhsulun ölkəyə idxalda dəyəri 59 282,85 min ABŞ dolları təşkil edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artım deməkdir.

Qeyd edək ki, cari ilin 10 ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,68%-ə bərabər olub.

 

 

 

Son xəbərlər
Digər xəbərlər