10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar açıqlandı – Siyahı

2021-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 iyul tarixinə kimi (55 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,5  milyard ABŞ dolları təşkil edib.

6
6

Son xəbərlər
Oxşar xəbərlər