31 C
Baku
Friday, July 12, 2024

Azərbaycandan Mərkəzi Asiya ölkələrinə dəmir yolu ilə avtomobil daşımalarına başlanılır

Azərbaycandan Mərkəzi Asiya ölkələrinə dəmir yolu ilə avtomobil daşımalarına başlanılır.

Məlumatı Gürcüstan Dəmir Yolları (GDY) yayıb. Bildirilib ki, GDY ilə avtomobil istehsalçılarının birgə işi nəticəsində dəmir yolu ilə avtomobillərin daşınması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Toyota, BMW və AUDI markalı avtomobillərin dəmir yolu ilə Gürcüstan-Azərbaycan-Qazaxıstan-Özbəkistan-Mərkəzi Asiya marşrutu üzrə daşınması həyata keçiriləcək.

“İndiyədək avtomobil istehsalçıları avtomobillərin Mərkəzi Asiyaya çatdırılması üçün quru nəqliyyatından istifadə edirdilər. Davam edən danışıqlar nəticəsində dəmir yolu ilə avtomobil daşımaları müntəzəm xarakter daşıya bilər”, – deyə GDY-nin məlumatında bildirilib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər