17 C
Baku
Monday, April 15, 2024

Azərbaycandan MDB-yə uçuş qiymətləri 22%, digərlərinə isə 10% bahalaşıb

Azərbaycan 2023-cü ilin ilin aprel ayında Azərbaycandan xaricə hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri bahalaşıb.

Banker.az xəbər verir ki, mart ayında hər gedişin orta qiyməti 683.45 manat olduğu halda, aprel ayında 833.33 manat təşkil edib. Bu da qiymətlərin 22% artımı deməkdir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Mart ayında digər ölkələrə bir gedişin qiyməti 813.8 manat olduğu halda, aprel ayında bu 895.7 manat olub, yəni orta qiymətlər 10% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər