24 C
Baku
Wednesday, October 5, 2022

Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı 2 milyard dollara yaxınlaşıb

2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5.3 faiz, real ifadədə isə 16 faiz azalaraq 1 851.3 milyon dollar təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı isə 1 638.2 milyon dollar təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37.3 faiz), Türkiyəyə (20.4 faiz), İsveçrəyə (12.1 faiz), Gürcüstana (6.9 faiz), Çinə (2.4 faiz), Ukraynaya (.faiz), İtaliyaya (2.1 faiz), İrana (1.5 faiz), Qazaxıstana (1.4 faiz), ABŞ-a (1.3 faiz), Özbəkistana (1.1 faiz), Almaniyaya (1 faiz), Türkmənistana (1 faiz), Belarusa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər