28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycandan Rusiya, Türkiyə və Çinə valyuta axını azalıb

2020-ci ildə Azərbaycana ən çox Rusiya, Türkiyə və Çindən mallar idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycana Rusiyadan 1 milyard 962 milyon 157 min dollar, Türkiyədən 1 milyard 563 milyon 48 min dollar, Çindən isə 1 milyard 413 milyon 825 min dollar dəyərində mallar idxal edilib.

Ötən ildə isə Azərbaycana Rusiyadan 2 milyard 290 milyon 210 min dollarlıq, Türkiyədən 1 milyard 646  milyon 802 min dollarlıq, Çindən isə 1 milyard 432 milyon 31 min dollarlıq mallar idxal edilmişdi.

2019-cu illə müqayisədə Rusiya, Türkiyə və Çindən idxal azalıb.

Son xəbərlər
Digər xəbərlər