-2 C
Baku
Friday, March 1, 2024

Azərbaycandan Rusiyaya göndərilən pomidor və çiyələyin geri qaytarılmasının səbəbi açıqlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiya Federasiyasına ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AQTA-nın məlumatında bildirilir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.

Qeyd olunub ki, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub: “Məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq məhsullar iyulun 24-də yenidən Rusiya Federasiyasına ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiya Federasiyasına ixracı həyata keçiriləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər