26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycandan Rusiyaya göndərilmiş 61 ton bitki məhsulunun ixracının qarşısı alınıb

Azərbaycandan Rusiyaya 61.2 ton bitki məhsulunun ixracının qarşısı alınıb.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir.

Məlumata görə, “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsi məhsullarda karantin fitosanitar tələblərin pozulması halları aşkarlayıb.

Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya – 47.2 ton təzə pomidor və 1 partiya – 14 ton təzə çiyələk saxlanılıb.

Yoxlamalar zamanı fitosanitar sertifikatlara düzəlişlər edildiyi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlmədiyi müəyyən edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər