8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azərbaycandan Rusiyaya ixrac edilən 50 ton pomidor geri qaytarılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu ilin noyabr ayının əvvəlindən Azərbaycan və İrandan “Viaduk” müvəqqəti saxlanc anbarına və Dərbənd dəmiryol stansiyasına daxil olan 3 3481,4 ton meyvə-tərəvəzə baxış keçirib.

“Rosselxoznadzor” xəbər verir ki, karantin fitosanitar nəzarəti zamanı təhlükəli obyektlərlə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.

Qadağan edilənlər arasında Azərbaycandan pomidor (50,3 ton), həmçinin İrandan gələn gül kələmi (32,7 ton) və kahı (13,2 ton) olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 96,2 ton təşkil edib.

Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub. Mallar ixrac edən ölkələrə qaytarılıb.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X