13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması tarifləri endirilib

“ADY Express” MMC-dən bildirilib ki, Azərbaycan və Rusiya dəmir yollarının birgə işləyib hazırladığı yeni layihə ölkəmizdə istehsal olunan, tez xarab olan kənd təsərrüfatı məhsullarının əsas bazarı olan Rusiya istehlakçılarına keyfiyyətli və vaxtında çatdırılmasını nəzərdə tutur.

Banker.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Daşıma iştirakçıları öz ərazilərində bu cür yüklərin daşınması tarifində güzəştlər tətbiq etməyə başlayıblar. Rusiya ilə sərhədə yaxın yerləşən Xaçmaz rayonu ərazisində, əsasən kənd təsərrüfatı məhsullarının aşırıldığı yeni terminaldan istifadə ediləcək. Yüklər bu terminalda vaqonlara yüklənərək birbaşa Moskva yaxınlığında yerləşən Selyatino stansiyasına və oradan birbaşa olaraq son müştəri-alıcıya çatdırılacaq.

Son xəbərlər
Oxşar xəbərlər
X