12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycandan Türkiyəyə sürət yolu ilə

Yaponiya Azərbaycandan başlayaraq, bütün Gürcüstanı əhatə edən və Türkiyə sərhədinədək uzanan magistral yolun inkişafı üçün 343 milyon dollar ayıracaq.

Gürcüstan KİV-ə istinadən, bununla bağlı müqavilə bu gün Tbilisidə imzalanıb.

Söhbət dağlıq Rikotsk aşırımından keçən yoldan gedir ki, burada da körpülər və tunellər tikiləcək. Gürcüstanda E-60 sürət yolu Azərbaycan sərhədindən başlayır və Qara dəniz sahillərində, Poti limanı yaxınlığında başa çatır.

Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir. Layihənin 2020-ci ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər