16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Azərbaycandan Ukraynaya 171 mln dollarlıq neft ixrac edilib

faizlere

Bu ilin yanvar-iyun ayları ərzində Ukrayna Azərbaycandan ümumi dəyəri 170,783 mln. ABŞ dolları olan neft və neft məhsulları idxal edib.

Bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan neft və neft məhsullarının idxalı Ukraynanın bu adda idxal etdiyi məhsullar arasında 64,52% paya malikdir.

Bu ilin ilk yarım ilində ümumilikdə Ukrayna 773,515 min ton miqdarında neft və neft məhsulları idxal edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 453,817 min ton və ya 2,4 dəfə çoxdur.

Bu ilin birinci yarımilliyində Ukrayna tərəfi 264,688 mln. ABŞ dolları dəyərində neft xammalı idxal edib ki, bu da 2019-cui ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bu ilin eyni dövründə Ukrayna ABŞ-dan 48,338 mln. ABŞ dolları (18,26%), Liviyadan – 45,555 mln. ABŞ dolları (17,21%), həmçinin digər ölkələrdən 0,012 mln. ABŞ dolları həcmində neft və neft məhsulları idxal edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər