5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Azərbaycandan xaricə kapital axını artıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapitalın repatriasiyası 4 mlrd. 268.2 mln. dollar təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansına istinadən xəbər verir ki, Azərbaycandan kapitalın geri dönüşü ötən ilin eyni dövrü ilə müqayisədə 865.1 mln. dollar və ya 25.4% çox olub.

2020-ci ilin 9 ayında Azərbaycandan kapitalın repatriasiyası 3 mlrd. 403.1 mln. dollar təşkil etmişdi.

AMB bildirir ki, 2021-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 mlrd. 182.9 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (3 mlrd. 85.3 mln. dollar) kapitalın repatriasiyası (4 mlrd. 268.2 mln. dollar) arasındakı fərqdən formalaşır.

Xatırladaq ki, 2020-ci ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509.7 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 mlrd. 893.4 mln. dollar) kapitalın repatriasiyası (3 mlrd. 403.1 mln. dollar) arasındakı fərqdən formalaşmışdır.

Son xəbərlər
Oxşar xəbərlər