12 C
Baku
Sunday, March 3, 2024

Azərbaycandan xaricə turist səfərləri 5 dəfəyə yaxın azalıb

2020-ci ildə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 1164.6 min nəfər olub.

Banker.az  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4.8 dəfə azalıb.

Ölkə vətəndaşlarının 29.2 faizi İrana, 26.4 faizi Gürcüstana, 18.9 faizi Rusiya Federasiyasına, 16.4 faizi Türkiyəyə, 9.1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70.4 faizini kişilər, 29.6 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstana gedənlərin sayı 5.2 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4.5 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3.3 dəfə azalıb.

2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73.2 faizi dəmir yolu və avtomobil, 23.8 faizi hava, 3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Son xəbərlər
Digər xəbərlər