19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Azərbaycanın əczaçılıq məhsullarının satışından əldə etdiyi gəlir artmaqdadır

Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından 498.2 miyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 360.7 milyon manat təşkil edib. Belə ki, cari ildə Azərbaycanın tibbi məhsulların satışından gəliri 38% və yaxud 1,4 dəfə artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28054,9 milyon manatlıq, o cümlədən 15121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12933,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3% azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb.

Son xəbərlər
Oxşar xəbərlər