13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Azərbaycanın əlvan metallurgiyasında böyük artım: Mis istahsalı 31% artıb

faizlere

Azərbaycanda 2020-ci ilin üç rübü ərzində 1 milyon 943.19 min ton həcmində mis filizi istehsal edilib. İstehsal edilmiş misin hamısı əmtəəlik məhsullar təşkil edir.

Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 463.42 min ton çox, yəni, 31 faiz çox olması deməkdir.

İstehsal edilmiş misin 1 milyon 631.67 min tonu digər müəssisələrə yönləndilmiş və 349.89 min tonu isə anbarlarda qalmaqdadır.

Azərbaycanın əlvan metallurgiya sənayesində çəki baxımından böyük pay sahibi olan bu metalın 2019-cu ilin müvafiq dövrünə istehsal həcmi 1 milyon 479.77 min ton təşkil edirdi. Həmin vaxt məhsulların cəmi 105.55 min tonu ehtiyatda saxlanılmışdır. Bu barədə Dövlət Statistika Komitəsindan Banker.az-a bildirilir.

Qızıl istehsalının həcmi isə 2 679.1 kq həcmində olub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 101.6 kq, yəni, 4 faiz az istehsal edilib.

Qızılın 2 679.1 kq əmtəəlik istehsala yararlı olmuşdur. Burada 2 387.1 kq digər yerlərə yönəldilmiş 357 kq isə ehtiyatda qalmışdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər