Azərbaycanın ən böyük 10 ixracatçısı – Reytinq

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-may ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “P-Aqro” MMC,  “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company”, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Metal Trader LTD” MMC, “Local Garden” və “Fruit city Group” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “Caspian Geo” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.