12 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azərbaycanın ən böyük bankı 200 milyon manata yaxın xalis mənfəət açıqladı

ABB bu ilin 3-cü rübünü 197 milyon 182 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 135 milyon 397 min manat mənfəətlə çıxmışdı.

Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ABB-nin mənfəəti illik müqayisədə 46% artıb.

GƏLİRLƏRİ ARTIB

Yanvar-sentyabr aylarında ABB-nin gəlirləri 452 milyon 851 min manat (illik müqayisədə 16% çox), xərcləri 223 milyon 257 min manat, xüsusi ehtiyatlara ayırmaları 7 milyon 976 min manat, mənfəət vergisi ödəmələri isə 24 milyon 437 min manat  təşkil edib.

BANK DAHA DA BÖYÜYÜB

Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 9 milyard 431 milyon 897 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5.2% çoxdur. 2020-ci ilin sonunda bankın aktivləri 8 milyard 962 milyon 792 min manat olub.

KREDİT PORTFELİ ARTIB

Aktivlərinin 2 milyard 773 milyon 832 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 6.3% böyüyüb. ABB-nin müştərilərə verdiyi istehlak kreditləri 18% artaraq 707 milyon 711 min manata, biznes kreditləri 3% artaraq 1 milyard 363 milyon 276 min manata, daşınmaz əmlak kreditləri 2.5% artaraq 702 milyon 845 min manata çatıb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə ABB-nin depozit portfeli 22% artaraq 6 milyard 753 milyon 946 min manata çatıb. Fiziki şəxslərin depozitləri 1 milyard 290 milyon 279 min manat, hüquqi şəxslərin depozitləri isə 5 milyard 514 milyon 272 min manat təşkil edib.

KAPİTALI ARTIB

ABB-nin kapitalı 6.4% artaraq 1 milyard 411 milyon 223 min manata çatıb. Ötən ilin sonunda ABB-nin kapitalı 1 milyard 326 milyon 602 min manat olub.

bb1 bb2

 

Son xəbərlər
Oxşar xəbərlər
X