16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın ən böyük holdinqlərindən birinə yeni Baş inzibatçı təyin edilib

“Bakcell Telekom”un sahibi olan “NEQSOL Holding”ə yeni Baş inzibatçı təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumatda bu barədə bildirilir.

Belə ki, Bu günə qədər “PAŞA Bank” ASC-də Büdcə və İdarəetmə  Hesabatları Departamentinin direktoru olan Elman Bayramov “NEQSOL Holding”-ə transfer olub. Onun dəqiq olaraq holdinqdə vəzifəsi Baş audit inzibatçısıdır.

Elman Bayramov “PAŞA Bank”da bu vəzifədə 2018-ci ilin avqustunda gəlib. O, buna qədər isə “PAŞA Holdinq” MMC-də və “EY Azerbaijan” audit şirkətində çalışmışdır.

Bayramov artıq vəzifə icrasına bu aydan başlayıb.

“NEQSOL Holding” “NORM”, “NOBEL Oil”, “NOBEL Upstream”, “Bakcell”, “AzerTelecom” və yaxın zamanlarda Ukraynada satın aldığı “Vodafone Ukrain” kimi böyük şirkətlərə sahibdir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər