1 C
Baku
Cümə, Yanvar 21, 2022

Azərbaycanın ən böyük innovativ şirkətlərindən biri hüquqi ünvanını dəyişib

Azərbaycanda fəaliyyətdə olan kommunikasiya şirkəti “Azerconnect” MMC hüquqi ünvanını dəyişdirib.

Banker.az xəbər verir ki, Şirkət bundan sonra Bakı şəhəri Xətai rayonu, Nobel pr., ev 113 ünvanında fəaliyyət göstərəcək.

Bundan öncə isə , “Port Baku”da – Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153-də fəaliyyət göstərirdi.

Xatırladaq ki, “Azerconnect” MMC 2012-ci ildə yaradılıb və 303.38 milyon manat nizamnamə kapitalına sahibdir.  Şirkətdə 1 400-ə yaxın yerli və xarici mütəxəssis çalışır. Şirkət hazırda dünyanın qədəm qoyduğu dördüncü sənaye inqilabı (Sənaye 4.0) və bu inqilabın əsasını təşkil edən rəqəmsallaşma, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada mövcud trednləri yaxından izləyir və öz fəaliyyətində qabaqcıl dünya təcrübəsini tətbiq etdirir.

Son xəbərlər
Oxşar xəbərlər