10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Azərbaycanın ən böyük istixana kompleksinə iki şirkət qoşuldu

Azərbaycanda iki şirkət – “Alfa Aqro” Qapalı Səhmdar Cəmiyyət və “Habako Konstrakşn” Qapalı Səhmdar Cəmiyyət “Binə Aqro” QSC-yə qoşulub.

Banker.az xəbər verir ki, “Binə Aqro” Qapalı Səhimdar Cəmiyyəti “Alfa Aqro” Qapalı Səhmdar Cəmiyyətinin və “Habako Konstrakşn” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması şəklində yenidən təşkil olunur.

Qoşulma ilə əlaqədar “Alfa Aqro” QSC-nin və “Habako Konstrakşn” QSC-nin bütün hüquq və vəzifələri “Binə Aqro” QSC-yə keçir.

Bildirək ki, bu üç şirkət eyni şəxs olan Rəşad Mailova məxsusdur. “Habako Konstrakşn” QSC 2009-cu ildə yaranıb və nizamnamə kapitalı isə 160 000 manatdır. “Alfa Aqro” QSC isə 2016-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 000 manatdır.

Azərbaycanın ən böyük istixana kompleksi olan “Binə Agro” 2015-ci ildə fəaliyyətə başlayıb. Bu aqro şirkətin nizamnamə kapitalı 2000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov, ev 1965 məhəllə ünvanında fəaliyyət göstərəcək.

 

Son xəbərlər
Oxşar xəbərlər