21 C
Baku
Friday, July 1, 2022

Azərbaycanın ən böyük ixrac şirkətləri – SİYAHI

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Aqrovest” MMC, “Çinar Aqro” MMC, “Product Service” MMC, “Almeyvə” MMC, “ZR-78 Company” MMC, “AzMet” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC“, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC,  “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC.

Son xəbərlər
Oxşar xəbərlər