17 C
Baku
Şənbə, May 28, 2022

Azərbaycanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri kapitalını artırdı

Azərbaycanda bir neçə kənd təsərrüfatı şirkətinin aktiv sahibi olan “Agro Food Investments” MMC nizamnamə kapitalını 142 milyon 996 min manata (84,1 milyon ABŞ dolları) çatdırıb.

Bu ölkənin kənd təsərrüfatı şirkətləri arasında ən yüksək ödənilmiş səhm kapitalıdır.

Kommersiya təşkilatı reyestrinə əsasən, “Agro Food Investments” 2018-ci ilin avqustunda 100 min manat ilkin kapitalla yaradılıb. Onun Azərbaycanın əsasən şimal və şimal-qərb, aran bölgələrində südçülük fermaları, zeytun, badam bağları, müxtəlif rayonlarda 3200 ha-dan çox torpaqları, bir neçə (Yalama, Şəmkir) aqroparkı var. Şirkətin direktoru Məcnun Məmmədovdur.

food agroTuran Agentliyi

Son xəbərlər
Oxşar xəbərlər