23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanın ən böyük sement istehsalçısı ixrac coğrafiyasını genişləndirir

İsveçrənin tikinti materiallar istehsalçısı “Holcim” şirkətinin Azərbaycandakı müəssisəsi “Holcim Azerbaijan” məhsullarını Dağıstana, Özbəkistana, Qazaxıstana ixrac etmək üçün danışıqlar aparır.

Bunu “Report”a “Holcim Azerbaijan” ASC-nin baş direktoru Frederik Qumbal bildirib. 

“Biz müəssisəmizin istehsal gücünün bir hissəsini Gürcüstana ixrac edilməsinə sərf edirik. Oradakı tərəfdaşımız məhsulları LafargeHolcim-lə eyni qrupa daxil olan Lafarge brendı ilə satır. Həmin tərəfdaşımıza hər il böyük miqdarda klinker göndəririk. Hal-hazırda biz qonşu Xəzəryanı ölkələrə də ixracat imkanlarını araşdırırıq. Misal üçün, hazırda Dağıstan, Qazaxıstan və Özbəkistanla danışıqlar aparırıq”, – deyə Frederik Qumbal bildirib. 

Qeyd edək ki, 70 ölkədə fəaliyyət göstərən şirkət Azərbaycanda 1999-cu ildən fəaliyyətə başlayıb. “Holcim Azərbaycan” şirkəti yerli və beynəlxalq standartlara uyğun sement istehsal edir və bu məhsula olan daxili tələbatın böyük hissəsini ödəyir. Sementlə yanaşı, klinkerin də başlıca istehsalçılarından olan Holcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsal edir. Bu gün “Holcim Azərbaycan” ölkənin aparıcı sement və klinker istehsalçılarındandır.

Müəssisə ölkədə Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Olimpiya Stadionu, Bakı Kristal Sarayı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm obyektlərin inşasında, eləcə də “Bakı Metropoliteni” QSC-nin stansiyalarının tikintisində iştirak edib.

“Holcim Azerbaijan”in illik istehsal gücü 1,7 milyon tondur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər