28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın ən çox valyuta gətirən 3 qeyri-neft məhsulu açıqlandı

2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (51,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (29,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (28,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 153,3 milyon ABŞ dolları, Rusiya Federasiyasına 119,1 milyon ABŞ dolları, Gürcüstana 28,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 21 milyon ABŞ dolları və İtaliyaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (82,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (48 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,6 milyon ABŞ dolları) olub.

2022-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (28,9 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16 milyon ABŞ dolları) ikinci və karbamid  (14,7 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər