26 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır” – İranlı deputat

“Qarabağ islam torpağıdır, Azərbaycanın ərazi bütövlüyü daxilindədir və belə də qalacaq”.

Bunu Ərdəbil əyaləti parlament deputatları assambleyasının sədri və parlamentin iqtisadi komissiyasının sədr müavini Seyid Kazim Musəvi Ermənistan ordusunun Azərbaycanın Tovuz rayon bölgəsində törətdiyi təxribata münasibət bildirərkən “Twitter”də deyib. Məlumatı APA-nın Ərdəbil üzrə korrospendenti bildirib.

“Tovuzda qardaşlarımızın şəhid olması çox kədərli və ağırdır. Bu münasibətlə Azərbaycan xalqına, xüsusi ilə şəhid ailələrinə başsağlığı verirəm. Ali Rəhbərin açıq bəyanına görə, Qarabağ islam torpağıdır, Azərbaycanın ərazi bütövlüyü daxilindədir və belə də qalacaq. Azərbaycan Respublikasının ərazi bütövlüyü qorunmalıdır”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər