Azərbaycanın əsas fondlarının dəyəri 311 milyard manatı keçib – Qeyri-neft sektoru üstünlüyünü artırır

Azərbaycanda iqtisadiyyatın əsas fondlarının ümumi dəyəri 2025-ci ilin sonunda 311 milyard manatı ötüb. Qeyri-neft-qaz sektorunun əsas fondlardakı payı isə neft-qaz sektorunu üstələməkdə davam edib.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ilin sonunda ölkənin əsas fondlarının dəyəri 311 milyard 413,9 milyon manat təşkil edib. Bu, əvvəlki ilin sonundakı 301 milyard 434 milyon manatla müqayisədə 9 milyard 979,9 milyon manat və ya 3,3 faiz çoxdur.

Ümumi məbləğin 161 milyard 55 milyon manatı qeyri-neft-qaz sektorunun, 150 milyard 358,9 milyon manatı isə neft-qaz sektorunun payına düşüb. Beləliklə, qeyri-neft-qaz sektorunun ölkənin əsas fondlarındakı payı 51,7 faizə çatıb.

Qeyri-neft-qaz sektorunun əsas fondlarının dəyəri bir il ərzində 3,7 faiz, neft-qaz sektorunun göstəricisi isə 2,9 faiz artıb.

Ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə qeyri-neft-qaz sektorunda ən böyük əsas fond həcmlərindən biri nəqliyyat və anbar təsərrüfatında qeydə alınıb – 24 milyard 310,1 milyon manat. Elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı sahəsində göstərici 20 milyard 585,2 milyon manat, tikintidə 17 milyard 272,8 milyon manat təşkil edib.

Daşınmaz əmlak əməliyyatları sahəsində əsas fondların dəyəri 16 milyard 929,4 milyon manat, su təchizatı və tullantıların emalı sahəsində isə 14 milyard 976,6 milyon manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər