28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın əsas ticarət tərəfdaşlarının mərkəzi bankları uçot dərəcəsini dəyişmədi

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri dəyişdirməyərək sabit saxlayıb.

Bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizləri dəyişməyib. Qeyd edək ki, bundan əvvəl, iyunun 15-də keçirilən iclasda da faizlər sabit saxlanılıb. Bununla da TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP isə 12,25%-də təsdiqlənib.

Gürcüstan Milli Bankı da uçot dərəcəsini sabit saxladı

Gürcüstan Mərkəzi Bankının Monetar siyasət Komitəsi bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişdirməmək qərarı alıb.

“Sputnik-Georgia.ru” saytına istinadən, bu barədə bankdan məlumat verilib.

Bank bu addımını inflyasiyanın iyun ayında 7,1% – yüksək həddə olması ilə izah edib. Yüksək inflyasiyaya səbəb tütün və yanacaq aksizlərinin artırılması ilə bağlı olub.

Xatırladaq ki, son dəfə Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini may ayında 6,5%-dən 7%-ə qədər artırıb. Mərkəzi Bank açıqlamasında birdəfəlik amillərin keçici olduğunu, inflyasiyanın ilin II yarısından etibarən azalacağını proqnozlaşdırdığını bildirib.

Bankın növbəti iclasının sentyabr ayının 6-da keçirilməsi planlaşdırılır.

©Report

Son xəbərlər
Digər xəbərlər