20 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycanın ilk prezidentinin həyat yoldaşı vəfat edib

Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova, 81 yaşında,  bu gün səhər saatlarında vəfat edib.

Banker.az Moderator.az-a istinadən xəbər verir ki, eks-prezidentin xanımı uzun sürən xəstəlikdən sonra vəfat edib.

Hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

A. Mütəlibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşayır. Keçən ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamır.

Allah rəhmət eləsin!

Son xəbərlər
 ⁠
Digər xəbərlər