25 C
Baku
Wednesday, September 28, 2022

Azərbaycanın 1 nömrəli maliyyəçisinin həyatı

Samir Rauf oğlu Şərifov 7 Sentyabr 1961-ci ilində anadan olmuşdur. 1983-ci ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişdir. O 1983-1991-ci illərdə Bakıda və sonradan Yəməndə olmaqla, beynəlxalq əlaqələrlə məşğul olan sovet təşkilatında işləmişdir.

1991-95 ildə Samir Şərifov Azərbaycana qayıdaraq, Xarici işlər Nazirliyində departament direktoru vəzifəsində çalışmışdır. 1995-2001 illərdə o Mərkəzi Bankda departament direktoru işlədikdən sonra yanvarın 3-də prezident Heydər Əliyev tərəfindən Neft fondunun sədri vəzifəsinə təyin edildimişdir. 2003 -2006-cı illərdə o həmçinin Natural resursların Şəffaflığı komisiyasının sədri vəzifəsinidə paralel olaraq aparmışdır.

2006-cı ilin Aprelin 18-də Samir Şərifov Maliyyə Naziri olaraq təyin edilmişdir. Neft Fondunun sədri olaraq Şahmar Mövsümov təyin edilmişdir.

Samir Şərifov Maliyyə Naziri olmaqla yanaşı, həmçinin Neft Fondunun müşahidə şurasının üzvü, Qara dəniz ticarət və inkişaf bankının Azərbaycan üzrə təmsilçisi kimi fəaliyyət göstərir.

Samir Şərifov evlidir və 3 övladı var.

Redaksiyamızda olan məlumata görə, Samir Şərifovun təhsil aldığı Kiyev Dövlət universitetində  hazırda tanınmış şəxslər sayılan Xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavini Xələf Xələfov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və s. təhsil almışdırlar. Deyilənlərə görə, Samir Şərifov universitet dövrlərində xüsusi seçilən tələbələrdən biri olmuşdur. O universitet nəznində fəaliyyət göstərən əlaçılar ittifaqının sədri olaraq fəaliyyət göstərmişdir.

2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır. Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.

Son xəbərlər
Oxşar xəbərlər

1 comment

Comments are closed.