6 C
Baku
Monday, December 30, 2024

Azərbaycanın 3 illik xəzinə istiqrazlarının gəlirliliyi 8.44%-ə yüksəlib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3 illik istiqrazları bu günkü hərracda gəlirliliyi dörd ardıcıl enişdən sonra, bu gün artıb. 

Banker.az xəbər verir ki, 30 may 2023-cü il tarixində Bakı Fond BirjasındaMaliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün (3 illik) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 83.3171 (14.3181%) manat və 98.1933 (7.9452%) manat olan 41 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7232 (9.3189%) manat, orta ölçülmüş qiyməti 96.9226 (8.4411%) manat müəyyən edilmişdir.

Qeyd edək ki, 2023-cü ilin fevralından bu tərəfə orta gəlirlilik faizi aşağı düşdürdü və bu gün investorların daha az tələbi səbəbindən orta qiymət yüksəlib.

25 aprel 2023-cü ildə gəlirlilik 8% təşkil edirdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82 994 400 manat, yerləşdirilmiş həcmi isə 45 263 000 manat təşkil edilmişdir.

Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Qeyd edilir ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər