Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı: “Sürpriz” ad var

  • 3
  •  
  •  
  •  

Azəzrbaycann ilə ticarət tərəfdaşı olan ilk onluğun sıralaması yenilənib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-fevral aylarına olan statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, sıralamada ticarət dövriyyəsinin həcminə görə İtaliya 477 mln. dollarla ilk pillədə yer alıb. İkinci pillədə ötən il Rusiya yer aldğı halda bu il Türkiyə qərarlaşır – 220 mln. dollarla ikinci, Rusiya isə 170 mln. dollara yaxın həcimdə ilk 3-lüyü bağlayıblar.

4-cü ən böyük ticarət tərəfdaşımız isə ötən il heç ilk 30-luqda belə adı görünməyən Portuqaliyadır. Bu ölkə ilə ticarət dövriyyəmizin həcmi 102 mln. dollar olub. Preney ölkəsinə Azərbaycan 101 mln. manatlıq məhsul ixrac etdiyi halda, 595 min manatlıq cəmi idxal edib.

Ötən ilin TOP10-luğunda olmayan İran və Ukrayna da bu listə daxil ola biliblər. ABŞ, Kanada, Avstriya və Çexiya isə ötən TOP10-luqda olduğu haıda bu il həmin sıralamadan xeyli uzaqlaşıblar.

Bu da 2018-ci ilin yanvar-fevral ayı üzrə ölkələrin reytinqi


  • 3
  •  
  •  
  •