27 C
Baku
Thursday, July 18, 2024

Azərbaycanın 5 fintex şirkəti xarici bazara çıxıb

Azərbaycanda fintex sahəsində fəaliyyət göstərən şirkətlərdən 5-i digər ölkələrin (Türkiyə, Qazaxıstan, Pakistan və Özbəkistan) bazarlarına daxil olub.

Bunu Bakıda keçirilən “Baku Fintech Forum 2023” tədbirində “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin sədri Ruslan Talıbov bildirib.

Onun sözlərinə görə, digər ölkələrinin fintex şirkətlərinin də Azərbaycan bazarına daxil olması üçün artıq lazımi şərait, o cümlədən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun mövcuddur.

“İndiyə qədər bizim şirkətlər başqa ölkələrin bazarlarına daxil olmaq istəyəndə həmin ölkələrdə bizdə belə bir qanunvericiliyin olub-olmaması ilə maraqlanırdırlar. Bu qanun olandan sonra sektorda ciddi təkan gözlənilir. Hazırda Azərbaycan Mərkəzi Bankı lisenziyalaşdırmaya dair qaydalar hazırlayır, bu prosesdə bizimlə yaxından əməkdaşlıq edir”, – deyə sədr qeyd edib.

“Baku Fintech Forum 2023″ə Gürcüstan, Qazaxıstan və İsraildən fintex assosiasiyalarının əməkdaşlarını dəvət etmişik, fikir mübadiləsi aparırıq. Əsas məqsədimiz ölkəmizdə bu sektorun inkişafına töhfə verməklə ilə yanaşı şirkətlərimizin əvvəlcə regional, daha sonra qlobal səviyyəyə çıxaraq inkişaf etməsinə töhfə verməkdir”,- deyə R.Talıbov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər