21 C
Baku
Friday, September 30, 2022

Azərbaycanın 5 yaşlı tikinti şirkəti səhm bazarına qapalı formada girir

Azərbaycanın tikinti şirkəti təşkilati-hüquqi formasını dəyişir.

Banker.az xəbər verir ki, “Conco” MMC təşkilati-hüquqi forması dəyişərək QSC-yə çevrildiyini elan edir.

Bildirək ki, “Conco” MMC Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb.

Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3 ünvanında fəaliyyət göstərir.

Eyni zamanda, “MİDA” MMC yaşayış binasının tikintisi üçün “Conco” şirkətini cəlb edib. Bu şirkətin layihələrinə təhsil, ticarət, iaşə obyektləri və yaşayış binaları daxildir.

Son xəbərlər
Oxşar xəbərlər