34 C
Baku
Thursday, June 20, 2024

Azərbaycanın 55 şirkəti dəmir yolu ilə Rusiyaya pomidor və alma ixrac edə biləcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qəbul etdiyi qərara əsasən, iyunun 15-dən Azərbaycanın 55 şirkəti dəmir yolu ilə qonşu ölkəyə pomidor və alma ixrac edə biləcək.

Bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verilir.

Məlumata görə, bunlardan 31-i pomidor, 24-ü isə alma istehsalı üzrə fəaliyyət göstərən müəssisələrdir.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi sənədlər və verdiyi zəmanət əsasında qəbul olunub. Mal ixracı fitosanitar sertifikatlar əsasında baş tutacaq. Oktyabrın 1-dən isə Azərbaycandan Rusiyaya ixrac konteynerlərlə həyata keçiriləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər