36 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanın 6 yatağı satışa çıxarılır – QİYMƏTLƏR

Banker.az xəbər verir ki, hərraca Qaradağ rayonunda “Kotal” qum yatağı, “Karvansaray” əhəngdaşı yatağı, “Sahil” əhəngdaşı yatağı və “Güzdək” qum/əhəngdaşı yatağı, Qəbələ rayonunda “Dəmiraparançay” qum-çınqıl yatağı və “Xırxatala” qum-çınqıl yatağı çıxarılır.

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 27 aprel 2022-ci il saat  16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.

Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyat, 31 (Əlaqələndirici şəxs: Elçin Məcidov, telefon: (012) 505 97 82 (daxili 107)) ünvanından ala bilərlər.

Qaradağ rayonu “Kotal” qum yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Kotal LOT-1 65 520 m3 7,0 ha qum 8 ilə qədər 367832.66

4428858.11

6 500 650

 

Qəbələ rayonu “Dəmiraparançay” qum-çınqıl yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Dəmiraparançay LOT-1 40 000 m3 2,0 ha qum-çınqıl 3 ilə qədər 740109.00

4538060.00

4 000 400

 

Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Xırxatala LOT-2 100 000 m3 4,0 ha qum-çınqıl 7 ilə qədər 735998.35

4540013.79

10 000 1 000
2 Xırxatala LOT-3 50 000 m3 2,0 ha qum-çınqıl 4 ilə qədər 736024.19

4539863.75

5 000 500

 

Qaradağ rayonu “Güzdək” qum/əhəngdaşı yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Güzdək LOT-1 60270 m3 2,87 ha Qum 12 ilə qədər 386932.00

4464722.00

12 054 1 205
30138 m3 əhəngdaşı

 

Qaradağ rayonu “Karvansaray” əhəngdaşı yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Karvansaray LOT-1 169 632 m3 4,5 ha əhəngdaşı 19 ilə qədər 368230.00

4459591.00

33 926 3 390

 

Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Sahil LOT-1 16 800 m3 1,0 ha əhəngdaşı 3 ilə qədər 373 576.00

446 2311.00

3 400 340
2 Sahil LOT-2 23 520 m3 1,4 ha əhəngdaşı 4 ilə qədər 373 583.00

446 2422.00

4 704 470
3 Sahil LOT-3 30 240 m3 0,7 ha əhəngdaşı 4 ilə qədər 373 434.00

446 2432.00

6 048 604

 

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər