26 C
Baku
Cümə, Sentyabr 17, 2021

Azərbaycanın 7 aylıq qeyri neft-qaz məhsullarının ixracı 1 milyard dollardan çoxdur

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.

2021-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artaraq 1354,3 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 38,2 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,5 faizini İspaniyaya, 4,4 faizini Xorvatiyaya, 4,3 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Gürcüstana, 3,1 faizini Hindistana, 2,9 faizini Tunisə, 2,7 faizini Portuqaliyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,8 faizini Ukraynaya, hər biri 1,2 faiz olmaqla Kanada, Almaniya və Tailanda, hər biri 1,1 faiz olmaqla İsveçrə, Çin və Belarusa, 7,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər