2023-cü ilin eyni ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın 20 sığorta şirkətindən 7-nin sığorta haqları azalıb, 15-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Yığımları ən çox artan Atəşgah Sığorta Şirkəti (58%) və “Meqa Həyat Sığorta ” şirkətidir (2.2 dəfə) və ən çox azalan isə “Bakı Sığorta” şirkətidir ( -48%)
| Sığortaçının adı | Sığorta haqları, (2024-cü il yanvar-may), min manat | Sığorta haqları, (2023-cü il yanvar-may), min manat | İllik Fərq |
| A-Qroup Sığorta Şirkəti | 8,379 | 9,218 | -9% |
| AtaSığorta | 4,301 | 4,647 | -7% |
| Atəşgah Həyat Sığorta Şirkəti | 39,480 | 27,498 | 44% |
| Atəşgah Sığorta Şirkəti | 21,872 | 13,877 | 58% |
| Azərbaycan Sənaye Sığorta | 11,161 | 7,990 | 40% |
| AzSığorta | 4,419 | 4,136 | 7% |
| Bakı Sığorta | 1,268 | 2,461 | -48% |
| İpək Yolu Sığorta | 1,193 | 1,408 | -15% |
| Meqa Sığorta | 14,889 | 12,924 | 15% |
| Paşa Həyat Sığorta | 301,867 | 247,765 | 22% |
| Paşa Sığorta | 154,291 | 140,479 | 10% |
| Qala Həyat Sığorta Şirkəti | 9,799 | 10,376 | -6% |
| Qala Sığorta | 43,767 | 37,325 | 17% |
| Xalq Həyat Sığorta Şirkəti | 4,159 | 3,886 | 7% |
| Xalq Sığorta | 9,687 | 10,739 | -10% |
| Aqrar Sığorta | 9,593 | 12,413 | -23% |
| Meqa Həyat Sığorta | 3,630 | 1,624 | 2.2 dəfə |







