26 C
Baku
Monday, June 27, 2022

Azərbaycanın alüminium ixracından gəliri azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 86 milyon 695 min ABŞ dolları dəyərində 47 min 211 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin 10 ayında isə Azərbaycandan 106 milyon 949 min ABŞ dolları dəyərində 54 min 17 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Belə ki, illik müqayisədə Azərbaycanın xaricə alüminium və ondan hazırlanan məmulatların dəyəri 20 milyon 254 min dollar və yaxud 19%, miqdarı isə 6 min 806 ton və ya 13% azalıb.

Son xəbərlər
Oxşar xəbərlər