11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Azərbaycanın aqrar sektora hər il 500 mln. manatdan çox investisiya qoyulur

Azərbaycanda əsas kapitala yönələn vəsaitlərə nəzər yetirsək, kənd təsərrüfatı sahəsinə son illərdə təxminən illik 500 mln. manatdan çox investisiyalar müşahidə olunur.

Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda aktiv işçi qüvvəsinin 36%-i kənd təsərrüfatında çalışır və bu cəhətdən ölkədə heç bir problem yoxdur.

Agentliyin sədri onu da qeyd edib ki, bu günə ölkə torpaqlarını 50%-i kənd təsərrüfatına yararlıdır və həmin 50%-in 38%-i əkinə tam yararlı torpaqlardır.

Son xəbərlər
Oxşar xəbərlər
X