18 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycanın aqro şirkəti mənfəətdən zərərə keçdi

“BQ Aqro” QSC 2022-ci ili 781 min manat zərərlə başa vurub. Əvvəlki ildə şirkət 1 milyon 125 min manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2022-ci il tarixinə “BQ Aqro” QSC-nin əsas əməliyyat gəlirləri 2 milyon 151 min manat (25.5% az), satışın maya dəyəri 1 milyon 548 min manat, kommersiya xərcləri 1 milyon 380 min manat, inzibati xərcləri 4 min manat təşkil edib.

Hesabat dövründə şirkət cəmi aktivləri 7 milyon 876 min manat, cəmi kapitalı 6 milyon 348 min manat, cəmi öhdəlikləri 1 milyon 528 min manat olub.

Xatırladaq ki, “BQ AQRO” şirkəti 2017-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb və Abşeron rayonunda fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 6 milyon 154 min manatdır. Şirkət istixana təsərrüfatlarında pomidor və digər tərəvəzlərin yetişdirilməsi və ixracını həyata keçirir.

 

 

Son xəbərlər
Digər xəbərlər