28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın bank sektorunun auditini aparan şirkət vergi borcunu tam ödəyib

Azərbaycanda fəaliyyət göstərən “KPMG Audit Azərbaycan” MMC dövlət büdcəsinə olan vergi borcunu tam ödəyib.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “KPMG Audit Azərbaycan” şirkətinin 4 min 833 manat vergi borcu olub.

Xatırladaq ki, “KPMG Audit Azərbaycan” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Audit şirkətinin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Hikmet Murat-dır.

Onu da qeyd edək ki, KPMG Audit Azərbaycan” şirkəti Azərbaycanda fəaliyyət göstərən bəzi bankların audit yoxlamasını aparıb. KPMG  2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib.

Son xəbərlər
Digər xəbərlər