Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-iyul dövrünü 408.9 milyon manat xalis mənfəət ilə başa vurub. Bank sektoru ötən ilin eyni dövrünü 428.1 milyon manat xalis mənfəət ilə bağlamışdı.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 19.2 milyon manat və ya 4.5% azalıb.
Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 milyon 681 min manat olub ki, bu da illik müqayisədə 10.4% çoxdur. Bunun 14 milyon 967 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bank sektorunun kredit portfeli 5.4% böyüyüb.
Bank sektorunun öhdəlikləri 12 % artaraq 28 milyon 900 min manata, cəmi kapitalı isə 2.4% artaraq 4 milyon 768 min manat olub.