Azərbaycanın Baş prokuroru Rusiyaya səfərə gedib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburqa yola düşüb.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərinə səfərə gedib. “Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.