Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 736.1 milyon manat gəlir əldə olunub.
2020-ci ilin 4 ayında isə avtomobil yanacağından 626.6 milyon manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 17.5% çoxdur.