32 C
Baku
Tuesday, July 16, 2024

Azərbaycanın büdcə qaydasının əsas göstəriciləri hədəfləri ötən il aşmayıb

2022-ci ildə Azərbaycanın büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb.

Bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilib.

Sənədə əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22.4 % və yaxud hədəf göstəricidən 5.1 % bənd az, dövlət borcunun ÜDM-ə nisbəti isə 11.6 % və yaxud hədəf göstəricidən 8.4 % bənd az olub.

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəf göstəricidən az olması bir sıra səbəblərlə bağlıdır. Belə ki, icra məlumatlarına əsasən, 2022-ci il üzrə qeyri-neft ÜDM-in nominal həcmi 2022-ci il üçün dövlət və icmal büdcələrinin tərtibi və yenidən baxılması zamanı (2022-ci ilin iyun ayında) İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara nəzərən xeyli yuxarı olub, icmal büdcənin qeyri-neft gəlirləri isə proqnoz göstərici ilə müqayisədə əhəmiyyətli artımla icra edilib. ÜDM-in artımı və il ərzində xarici dövlət borcunun həcminin azaldılması dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin də hədəf daxilində olmasını təmin edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər