3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Azərbaycanın büdcəsinə xarici iqtisadi fəaliyyətlə bağlı yığılan vergilərin həcmi artıb

Azərbaycanda xarici iqtisadi fəaliyyətlə bağlı vergilərin həcmi 2021-ci ilin yanvar-mart aylarında 312.44 milyon manat edib.

Banker.az xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.35 milyon manat, yaxud 1.41% çoxdur.

Xatırladaq ki, 2021-ci ilin birinci rübü ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 milyard 736.95 mln. manat edib. Bu da öncəki illə müqayisədə 2 095.42 milyon, yaxud, 26.75% azalıb. Azalmaya əsas səbəb ƏDV-nin illik mənfi dinamikasıdır.

Xarici iqtisadi fəaliyyətdə xidmətlər-istehsal prosesi ilə sıx bağlı olan xidmətlərlə beynəlxalq ticarətdir. Belə ki, xidmətin istehsalı prosesi azı iki tərəfin – rezidentlərin və qeyri-rezidentlərin iştirakını nəzərdə tutur. Xidmətin fərqləndirici cəhəti istehsal və istehlak arasında qarşılıqlı əlaqə hesab edilir. Bu onu göstərir ki, yeni yaradılan xidmət sonrakı istehlak üçün saxlanıla bilməz.

Beynəlxalq xidmətin əsas növlərinə aşağıdakılar daxildir: nəqliyyat və turist xidmətləri (səfərlər), rabitə xidmətləri, tikinti xidmətləri, sığorta və maliyyə xidmətləri, kompüter və informasiya xidmətləri, lizinq mükafatlandırılması və digər işgüzar xidmətlər, mədəniyyət və istirahət sahələrində xidmətlər, təhsil xidmətləri, hüquq və mühasibat xidmətləri, dövlət xidmətləri və göstərilənlərə daxil olmayan digər növ xidmətlər.

Son xəbərlər
Oxşar xəbərlər